• 23 İyul 2019
logo
add image
Sumqayıtda marketdə işləyən 18 yaşlı oğlan itkin düşdü

Sumqayıtda marketdə işləyən 18 yaşlı oğlan itkin düşdü

Sumqayıtda yeniyetmə oğlan itkin düşüb.
Trend-in məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.
Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Şirinov Fuad İzzət oğlu iyunun 26-da saat 14:30 radələrində işə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Ailə üzvlərinin sözlərinə görə, F.Şirinov evdən çıxarkən üzərində mobil telefon olmayıb: “Qəsəbədə yerləşən “Qayalı” marketdə işləyir. İş vaxtı mobil telefon icazə vermədiklərinə görə, evdə qoyub. İşlə maraqlanmışıq, işə də getməyib. Evdən çıxarkən əynində “Qayalı market" yazısı olan qırmızı köynək olub".
Şəkildəki oğlanı görənlərdən polisə və ya 051- 312 - 66 - 62 nömrəli telefona zəng vurmaları xahiş edilir.