• 19 Mart 2024
logo
XDMX: Vətən müharibəsi ərzində 2 678 kiberhücumun qarşısı alınıb

XDMX: Vətən müharibəsi ərzində 2 678 kiberhücumun qarşısı alınıb

44 günlük Vətən müharibəsinin ilk günlərində DDoS hücumların aktivləşməsi qeydə alınmışdır və bu hücumlar ümumiyyətlə bütün müharibə dövründə aktiv olaraq davam edib.
Bunu Bakıda keçirilən Kibertəhlükəsizlik günü konfransında çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə fişinq hücumları da xüsusi nəzərə çarpıb:
"Dezinformasiya hücumları isə demək olar ki, müharibənin əvvəlindən sonunadək dayanmadan müxtəlif istiqamətlərindən özünü göstərdi. Həm vətəndaşlar, həm də dövlət qurumları hədəfə alınırdı. Dövlət informasiya resurslarına 44 gün ərzində 2 678 kiberhücum cəhdinin qarşısı alındı".