• 19 Mart 2024
logo
Azad edilmiş ərazilərdə ötən həftə 37 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən həftə 37 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
Agentlikdən verilən məlumata görə, noyabrın 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 36 tank əleyhinə mina və 14 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 50 hektar ərazi mina və PHS-lərdən təmizlənib.