• 19 Mart 2024
logo
Bakıda 18 yaşlı qız özünü binadan ataraq intihar edib

Bakıda 18 yaşlı qız özünü binadan ataraq intihar edib

Bakıda 18 yaşlı qız intihar edib.
APA xəbər verir ki, hadisə bu gün Yasamal rayonunda "Qələbə residence" binalarında qeydə alınıb.
Orada yaşayan 2003-cü il təvəllüdlü Fidan Nəftəliyeva özünü binadan ataraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, F. Nəftəliyevanın intihar etməsi faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.