• 23 İyul 2019
logo
add image
Salyanda yanacaqdoldurma məntəqəsində ölüm

Salyanda yanacaqdoldurma məntəqəsində ölüm

Salyanda "Hepatit C" xəstəliyindən əziyyət çəkən şəxs küçədə ölüb.
Trend-in məlumatına görə, hadisə Ələt-Astara-İran avtomobil yolunda baş verib.
Yolun 63-cü kilometrliyindəki "LukOil" yanacaqdoldurma məntəqəsinə gələn Astara rayon sakini, əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan, "Hepatit C" xəstəliyindən əziyyət çəkən, 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Ağakişi oğlu yanacaqdoldurma məntəqəsində qəfil özünü pis hiss edib və huşunu itirib.
Təcili tibbi yardım briqadasının köməyi ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılan T.Mirzəyev orada dünyasını dəyişib.