• 30 Noyabr 2021
logo
50 yaşlı kişi evində müəmmalı şəkildə öldü

50 yaşlı kişi evində müəmmalı şəkildə öldü

Abşeronda evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, rayonun Xırdalan şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 50 yaşlı Əfəndiyev Nofəl Ağamala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.