• 6 Dekabr 2021
logo
Xəzər dənizində gələn il kruiz marşrutu açıla bilər

Xəzər dənizində gələn il kruiz marşrutu açıla bilər

Rusiyanın Həştərxan vilayətində 2022-ci ilin aprelində 310 nəfər tutumlu və 155 lüks kabinədən ibarət beş göyərtəli "Böyük Pyotr" kruiz laynerinin tikintisinin başa çatdırılması planlaşdırılır.
Xarici mətbuatın xəbər verir ki, bunu Qazaxıstan Parlamenti Senatının deputatı Nəriman Toreqaliyev deyib.
Onun sözlərinə görə, gəmi Aktau limanından Türkmənistan, İran, Azərbaycan və Rusiyaya kruizlər yerinə yetirəcək. Hazırda qeyd olunan ölkələrdə laynerin marşrutu boyunca xüsusi vağzallar tikilir.
"Sərnişin dəniz vağzallarının tikintisi, şübhəsiz ki, təkcə turizmin deyil, bütövlükdə ölkə iqtisadiyyatının inkişafına yeni təkan verəcək", - N. Toreqaliyev qeyd edib.