• 26 Aprel 2024
logo
BAXCP MNTK-nın yeni sədri seçilib

BAXCP MNTK-nın yeni sədri seçilib

Oktyabrın 27-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) toplantısı keçirilib. İclasda BAXCP-nin baş katibi Yaşar Kələntərli də iştirak edib. Baş katib pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq partiyanın uğurlu fəaliyyəti barədə məlumat verib, COVİD-19 yeni növ koronavirusa yoluxma səbəbindən həyatlarını itirən BAXCP üzvlərinin xatirəsinin hər zaman ehtiramla yad ediləcəyini vurgulayıb.
Baş katib qeyd edib ki, MNTK-nın sədrinin vəfat etməsi ilə əlaqədar olaraq partiyanın Nizamnaməsinə əsasən, yeni MNTK üzvünün seçilməsinə ehtiyac yaranıb. Qurultaylararası dövrdə isə MNTK üzvlərinin seçilməsi BAXCP Ali Məclisinin səlahiyyətində olan məsələdir. Bu, əsas götürülərək oktyabrın 25-də BAXCP Ali Məclisinin videokonfrans formatında keçirilən iclasında BAXCP sədrinin təqdimatı əsasında Mahir Zeynalov BAXCP MNTK-nın üzvü seçilib.
İclasda MNTK-ya yeni sədrin seçilməsi məsələsi müzakirə olunub. MNTK üzvlərinin yekdil qərarı ilə Mahir Zeynalov BAXCP MNTK-nın yeni sədri seçilib. Mahir Zeynalov ona göstərilən bu etimadı doğrultmağa çalışacağını bildirib.
İclasda həmçinin cari təşkilati məsələlər müzakirə olunub.