• 18 Aprel 2024
logo
Səfirlik mühəndislik məhsulları üzrə Vebinar təşkil edib

Səfirlik mühəndislik məhsulları üzrə Vebinar təşkil edib

Hindistan Bakıdakı Səfirliyi Mühəndislik Məhsullarının İxracının Təşviqi Şurası ilə birlikdə 26 oktyabr 2021-ci tarixdə Mühəndislik məhsulları üzrə hibrid rejimində Vebinar və ardından da B2B (ikitərəfli görüşlər) təşkil etdi. Hindistanın müstəqilliyinin 75-ci il dönümü ilə əlaqədar təşkil olunan tədbirlərin bir hissəsi olan bu vebinarda Hindistanın və Azərbaycanın 40-dan çox müxtəlif mühəndislik şirkətlərinin nümayəndələri iştirak etdi.
Səfirkikdən Baymedia.az-da verilən məlumata görə, mühəndislik Məhsullarının İxracının Təşviqi Şurası Hindistanın mühəndislik məhsulları istehsalıçılarının və ixracatçılarının milli qurumu olub, Hindistan ixracatçılarına, eyni zamanda, mühəndislik məhsullarını Hindistandan təchiz etmək istəyən idxalçılar habelə beynəlxlaq alıcılara köməklik göstərir.
Tədbirin keçirilməyində məqsəd Hindistan mühəndislik sektoru barədə ətraflı məlumat vermək idi. Tədbirdə Mühəndislik Məhsullarının İxracının Təşviqi Şurasının sədri Maneş Desai açılış nitqi ilə çıxış edərək Hindistanın mühəndislik sektorunun gücü və Hindistan hökumətinin bu sahədə həyata mövcud dövlət proqramı barədə məlumat verdi. O, həmçinin, BŞCND-nin yaxın illərdə iki dost ölkə arasında ticarət həcmini artıraca biləcəyini vurğuladı.
Tədbirdə çıxış edən Səfir B. Vanlalvavna Azərbaycanla iqtisadi əlaqələrin şaxələndirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi. O, Hindistanın mühəndislik məhsullarının Azərbaycan bazarında artıq tanındığını, belə ki istər neft istəsə də qeyri-neft sektoru üçün reaktorlar, qazanlar, nasoslar, klapanlar və s. kimi müxtəlif mühəndislik məhsullarının idxal olunduğunu və ölkədə istifadə edildiyini bildirdi. Daha sonra, qeyd etdi ki, Hindistan mühəndislik sektoru ildə 76 milyard ABŞ dolları dəyərində məhsul ixrac edir və bu sahədə hər iki ölkə arasında əməkdaşlıq əlaqələrini artırmaq üçün daha çox imkanlar mövcuddur.
Azərbaycan statistik məlumatlarına əsasən, Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 2021-ci ilin yanvar-sentyabr ayları üzrə ötən il ilə müqayisədə 20.1% artaraq, 610.1 milyon ABŞ dolları olmuşdur. Hindistan, bu dövrdə Azərbaycanın 8-ci əsas ticarət tərəfdaşı olmuşdur. Azərbaycandan Hindistana ixrac 503.2 milyon ABŞ dolları təşkil edərək, 22.0% artmışdır. Hindistanın Azərbaycanın ümumi ixracındakı payı bu dövrdə 3.4% olmaqla, Hindistan Azərbaycan üçün 8-ci əsas ixrac məkanı olmuşdur. 2021-ci ilin yanvar- sentyabr ayları üzrə Azərbaycanın Hindistandan idxalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 12.2% artararaq, 106.9 milyon ABŞ dolları təşkil etmişdir.
Cavid