• 30 Noyabr 2021
logo
Gömrükdə 48,5 minlik içki və siqaret müsadirə edildi

Gömrükdə 48,5 minlik içki və siqaret müsadirə edildi

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda aksiz markası olmayan spirtli içkilərin və siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
Komitədən verilən məlumata görə, Baş idarənin əməliyyat idarəsinə üzərində Azərbaycanın müvafiq aksiz markası olmayan müxtəlif markalı spirtli içkilərin Bakının Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən yaşayış sahələrində saxlanılması, habelə həmin spirtli içkilərin bir hissəsinin “Daevoo Damas” markalı minik avtomobilində satış məqsədilə realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Gömrük əməkdaşlarının ərazidə keçirdiyi əməliyyat tədbiri zamanı “Daevoo Damas” markalı minik avtomobilinə baxış keçirilib və avtomobilin salon və arxa yük yerində saxlanılan müxtəlif ölçülü karton qutulardan və selofan torbalardan 82 ədəd müxtəlif markalı spirtli içkilər aşkarlanıb. Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq Badamdar qəsəbəsindəki evin həyətyanı sahəsində yerləşən 2 ədəd qapalı tipli yaşayış sahəsinə keçirilən baxış zamanı 1 443 ədəd spirtli içkilər və 100 qutu “Davidoff gold slims” markalı siqaretlər aşkar edilib.
Aşkarlanan spirtli içkilərin və siqaretlərin ümumi dəyəri 48 502 manatdır.