• 9 Dekabr 2021
logo
Bakıda binanın uçma təhlükəsi ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb

Bakıda binanın uçma təhlükəsi ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb

"Paytaxtın Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişmə hissəsindən metronun Nəriman Nərimanov stansiyası istiqamətinə olan yolun, yəni Ağa Nemətulla küçəsi 32 ünvanında istismara tam yararsız yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb”.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən məlumat verilib.
Bildirilib ki, qanunvericilikdə nəzərdə tutulan sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqaməti dəyişdirilir.
Qısamüddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər”.