• 19 Aprel 2024
logo
FHN: Ötən gün 37 yanğına çıxış olub, 4 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb

FHN: Ötən gün 37 yanğına çıxış olub, 4 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb, həmçinin Bakı şəhərinin Binəqədi rayonunda 1958-ci il təvəllüdlü Səfərov Eldar Sərxan oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.