• 24 Aprel 2024
logo
İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 47 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 47 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan bildirilib ki, oktyabrın 18-dən 23-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 10 piyada əleyhinə mina, 37 tank əleyhinə mina və 30 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 93.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.