• 6 Dekabr 2021
logo
"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

Noyabrın 15-dən etibarən "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") öz xidməti ərazisində CDMA (Code Division Multiple Access) simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq.
Bu barədə MMC-dən bildirilib.
Məlumata görə, qərar CDMA texnologiyasının əhəmiyyətli dərəcədə köhnəlməsi, xidmətə tələbatın azalması, müasir və dayanıqlı texnologiyalara keçid strategiyasına uyğun olaraq verilib.
"Hazırda "Baktelecom" tərəfindən əhatə dairəsi genişləndirilən "Evədək optika" layihəsi, sabit telefon və LTE (Long Term Evolution) simsiz rabitə şəbəkələri əhalinin telekommunikasiya xidmətlərinə tələbatını ödəməyə imkan verir. CDMA abunəçiləri aidiyyəti xidmət mərkəzlərinə gələrək və ya baktelecom.az saytı, həmçinin elektron hökumət portalı üzərindən onlayn şəkildə müraciət edərək mövcud alternativ rabitə xidmətləri əldə edə bilərlər", - "Baktelecom"dan bildirilib.