• 6 Dekabr 2021
logo
Xocavənddə düşmənin tərk etdiyi hərbi mövqelərdə xeyli döyüş sursatı aşkarlanıb

Xocavənddə düşmənin tərk etdiyi hərbi mövqelərdə xeyli döyüş sursatı aşkarlanıb - FOTO

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, düşmənin qaçarkən atdığı silah-sursatın tapılıb aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis orqanları və əlaqədar qurumlar tərəfindən intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, son günlər keçirilən profilaktik nəzarət tədbirləri nəticəsində Xocavənd rayonu ərazisində düşmənin tərk etdiyi hərbi mövqelərdən xeyli sayda döyüş sursatları aşkar edilib. Həmin tədbirlərin davamı olaraq Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Məmməddərə kəndi ərazisində daha 28 qəlpəli top və 2 tank mərmisi götürərək aidiyyəti üzrə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.