• 17 Oktyabr 2021
logo
Hadrutda 2 erməni hərbçinin qalıqları tapılıb

Hadrutda 2 erməni hərbçinin qalıqları tapılıb

İşğaldan azad olunmuş Hadrut qəsəbəsində daha 2 erməni hərbçinin qalıqları aşkar olunub.
Bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.
Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.
Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1683 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.