• 28 Sentyabr 2022
logo
DYP yol-nəqliyyat hadisələri ilə bağlı piyadalara müraciət edib

DYP yol-nəqliyyat hadisələri ilə bağlı piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) ötən gün baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.
DYP-dən verilən xəbərə görə, ötən gün respublika ərazisində ölümlə nəticələnən 4 yol qəzası qeydə alınıb və 4 nəfər piyada həyatını itirib.
Bildirilib ki, araşdırma zamanı məlum olub ki, piyadaların vurulması halları yolun hərəkət hissəsində, piyadaların hərəkəti üçün müəyyən edilməmiş yerlərdə baş verib: "Odur ki, piyadalardan bir daha xahiş edirik ki, onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan zolaqlardan, yeraltı və yerüstü keçidlərdən istifadə etsinlər, öz həyatlarını təhlükəyə atmasınlar. 11.10.2021-ci il saat 04:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində sürücü Hüseynov Azər Namiq oğlu idarə etdiyi “Chevrolet” markalı, 99-UP-393 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçməyə çalışan 1973-cü il təvəllüdlü piyada Rüstəmov Asəf Cahangir oğlunu, saat 18:00 radələrində Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində sürücü Məmmədov Ramiz Əyyar oğlu idarə etdiyi “Mercedes” markalı, 99-RH-463 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 1941-ci il təvəllüdlü piyada Cəfərov Kamal Səfərli oğlunu, saat 20:00 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 175-ci km-də sürücü Xıdırov Elçin Bayram oğlu idarə etdiyi “Mercedes” markalı, 90-SY-497 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yolu soldan sağa keçən 1968-ci il təvəllüdlü piyada İbadov Səfa Balakişi oğlunu, 12.10.2021-ci il saat 00:15 radələrində Bərdə rayonu Alpout kəndi ərazisində sürücü Bayramlı Qabil Eynulla oğlu idarə etdiyi “VAZ 2107” markalı, 90-RJ-452 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində dayanan 1954-cü il təvəllüdlü piyada Əliyev Əvəz İsmayıl oğlunu vurub və adları qeyd olunan piyadalar ölüblər".