• 26 Aprel 2024
logo
Baş Prokuror Horadizdə şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib

Baş Prokuror Horadizdə şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib - VİDEO

Sentyabrın 27-də - Anım günündə Baş Prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Füzuli rayonunun Horadiz şəhərində yerləşən "Qəhrəmanlar parkı"nda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, sentyabrın 26-ı və 27-də Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər və Qubadlı rayonlarında səfərdə olmaqla hərbi prokurorluqların açılış mərasimində iştirak edib.