• 28 Mart 2024
logo
FHN: Ötən sutka 46 yanğına çıxış olub, 3 nəfər xilas edilib

FHN: Ötən sutka 46 yanğına çıxış olub, 3 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 46 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nəsimi rayonunda 1953-cü il təvəllüdlü Kupriyanova Nina Yevgenyevnanın və Bakı şəhərinin Xəzər rayonunda 1932-ci il təvəllüdlü Ukalova Klavdiya Samyonovnanın meyitləri mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib