• 21 Noyabr 2019
logo
add image
ETSN xəbərdarlıq etdi: Bakıda və Abşeronda güclü külək olacaq

ETSN xəbərdarlıq etdi: Bakıda və Abşeronda güclü külək olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.
Fasilələrlə yağış yağacaq.