• 24 Aprel 2024
logo
Sumqayıtda iki azyaşlı uşaq oğurlanıb?

Sumqayıtda iki azyaşlı uşaq oğurlanıb? - Rəsmi cavab

Sumqayıt şəhərində iki azyaşlının oğurlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, hadisə Sumqayıtın 4-cü mikrorayonu ərazisində qeydə alınıb. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər iki qardaşı götürüb aparıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Sumqayıt şəhərində belə bir hadisə olmayıb. Məlumat həqiqətə uyğun deyil, əsassızdır. idaillar yoxlanılıb təsdiqini tapmayıb".