• 20 Aprel 2024
logo
Vilayət Eyvazov: "8 ay ərzində cinayət hadisələrinin 85,3 faizinin üstü açılıb"

Vilayət Eyvazov: "8 ay ərzində cinayət hadisələrinin 85,3 faizinin üstü açılıb"

"2021-ci ilin 8 ayı ərzində cinayət hadisələrin 85,3 faizinin üstü açılıb".
Bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında deyib.
Nazir qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, qrup halında və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin ötən ilin 8 ayı ilə müqayisədə xeyli azaldığını bildirib.
V. Eyvazov qeyd edib ki, qanunsuz dövriyyədən 1 ton çox, yəni 2,5 tona yaxın narkotik vasitə çıxarılıb, bu cinayətlərə görə 3634 nəfər məhkəmə məsuliyyətinə cəlb edilməklə yanaşı başqa müsbət nəticələr əldə edilib.