• 25 Aprel 2024
logo
Azərbaycan erməni hərbçinin meyitini Şuşada qarşı tərəfə verib

Azərbaycan erməni hərbçinin meyitini Şuşada qarşı tərəfə verib

Azərbaycan 44 günlük müharibədə ölmüş erməni hərbçinin meyitini qarşı tərəfə verib.
Erməni mətbuatının verdiyi məlumata görə, meyit sentyabrın 23-də Şuşada verilib.
Meyiti verilən hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində indiyədək 1670 erməni hərbçinin meyiti və meyitinin qalıqları tapılıb.