• 25 Aprel 2024
logo
Bakı və Sumqayıt, Abşeron rayonlarında sərnişindaşımada COVID pasportu tələb olunmayacaq

Bakı və Sumqayıt, Abşeron rayonlarında sərnişindaşımada COVID pasportu tələb olunmayacaq

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşımada sərnişinlərdən COVİD pasportu tələb olunmayacaq.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd edilib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.