• 29 Mart 2024
logo
Türkiyədə dalğıc kursunda iştirak etmiş Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib

Türkiyədə dalğıc kursunda iştirak etmiş Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib - FOTO

Türkiyənin İstanbul şəhərində beynəlxalq dalğıc kursunda iştirak etmiş Azərbaycan hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“İstanbul Beykozda yerləşən Xilasetmə və Sualtı Komandanlığında Azərbaycan və Somali Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti tərəfindən uğurla tamamlanan “Beynəlxalq Dalğıc Kursu”nun buraxılış mərasimi keçirilib”, - deyə məlumatda qeyd olunub.