• 18 Aprel 2024
logo
Kiyevdə Azərbaycan və Qırğızıstan diaspor nümayəndələrinin görüşü keçirilib

Kiyevdə Azərbaycan və Qırğızıstan diaspor nümayəndələrinin görüşü keçirilib

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyev şəhərindəki mərkəzi ofisində bu ölkədə fəaliyyət göstərən qırğız diasporunun nümayəndələri ilə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən xalqcəbhəsi.az-a verilən məlumata görə,
görüşdə UAR baş katibi Ceyhun Məmmədov, Qırğızıstan Ticarət və Sənaye Palatasının Ukrayna, Rumıniya, Bolqarıstan və Moldova Respublikasındakı nümayəndəsi Azamat İsmayilov, qırğız diasporunun rəhbəri Şerali Janaliev və "Amin Trading" şirkətinin qurucusu Suyunbek Mirzakanov iştirak ediblər.
Danışıqlar zamanı diasporlararası əlaqələrin gücləndilməsi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, "Fikirdə, sözdə və işdə birlik" ideyası ətrafinda türkdilli ölkələrin diasporlarının bir araya gəlməsinin, diaspor quruculuğu sahəsindəki təcrübə və imkanlar mübadiləsinin vacib olduğu vurğulanıb.
“Türk Şurası çərçivəsində əməkdaşlığimızı artırmalı, layihələr həyata keçirməli və bu sahədə digər ölkələrə nümunə olmalıyıq”, - deyə A.İsmayılov vurğulayıb.
Azərbaycanın zəfəri ilə bitən II Qarabağ müharibəsinin ildönümünün yaxınlaşdığını nəzərə çatdıran C.Məmmədov qonaqları 27 sentyabr 2021-ci il tarixində UAR-ın ofisində təşkil olunacaq fotosərgiyə dəvət edib.