• 27 Aprel 2024
logo
DİN: Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə tapılıb

DİN: Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə tapılıb

Göygöl rayonunda iyul ayında Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə və at sümükləri tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.
Bildirib ki, bu gün səhər saatlarında rayonun minalanmış ərazidində Atın sümükləri, uşaqlardan birinin gödəkçəsi digərinin isə çəkməsi aşkarlanıb.
Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib.
Axtarışlar davam edir.