• 25 Aprel 2024
logo
FHN: Ölkənin şimal-qərb bölgəsində yağışın yaratdığı fəsadların aradan qaldırılması təmin edilib

FHN: Ölkənin şimal-qərb bölgəsində yağışın yaratdığı fəsadların aradan qaldırılması təmin edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 1 nəfər xilas edilib, həmçinin helikopter cəlb edilməklə xilasedicilər tərəfindən sel nəticəsində Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun meyiti çaydan götürülərək aidiyyəti üzrə təhvil verilib.
Eləcə də ölkənin şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində Nazirliyin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi təmin olunub.