• 20 Aprel 2024
logo
Niderlandda yaşayan azərbaycanlılar yürüş keçirəcəklər

Niderlandda yaşayan azərbaycanlılar yürüş keçirəcəklər

Niderlandda yaşayan azərbaycanlılar şəhidləri anma yürüşü keçirəcəklər. Bu barədə xalqcəbhəsi.az-a Niderland - Belçika Azərbaycanlıları Koordinasiya Şurasından məlumat verilib.
Bildirilib ki,
Sentyabrın 26-da sentyabr saat 13:30- da Haaqa şəhərində yerləşən "Sülh Sarayı" (Vredes Paleis) qarşısında ölkədə yaşayan bütün azərbaycanlılar toplaşacaq və Azərbaycan səfirliyinə doğru dinc yürüş keçirəcəklər: “Yürüş səfirliyin qarşısında bitəcək və şəhidlərimiz üçün hazırlanan anım guşəsinə güllər, açıqçalar, oyuncaq və s. qoyularaq onların əbədi xatirəsini yad edəcəyik. Şəhidlərimizi bərabər anmaq üçün ölkədə yaşayan hər bir həmyerlimizi dəvət edirik.
Xatırladaq ki, Gəncə şəhəri Ermənistan tərəfindən raket zərbələrinə məruz qalaraq dinc əhaliyə qarşı terror aktı törədilməsindən sonra da anım güşəsi qurulmuşdu. Bu dəfəki tədbirimiz də analoji xarakter daşıyacaq”.

Əli