• 25 Aprel 2024
logo
Qazax sakininin Ermənistanla sərhəddə minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb

Qazax sakininin Ermənistanla sərhəddə minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb

22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.
Rayon prokurorluğundan verilən xəbərə görə, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.