• 9 İyul 2020
logo
Bakıda bir sıra küçə və prospektlərdə işıqforlar işləmir

Bakıda bir sıra küçə və prospektlərdə işıqforlar işləmir

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində işıqforların işində texniki problem yaranıb.

Bu barədə Trend Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Hazırda işıqforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.