• 26 Aprel 2024
logo
FHN: Ötən gün 60 yanğına çağırış olub, 10 nəfər xilas edilib

FHN: Ötən gün 60 yanğına çağırış olub, 10 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 60 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 10 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Xətai rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1969-cu il təvəllüdlü Mutalov Əliyar Paşa oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.