• 23 Aprel 2024
logo
ANAMA: İndiyədək Füzulinin Horadiz kəndində 114 mina aşkar edilib

ANAMA: İndiyədək Füzulinin Horadiz kəndində 114 mina aşkar edilib

"Bu günə qədər ANAMA tərəfindən Füzuli rayonunun Horadiz kəndi ərazisində 114 ədəd mina, 50-ə yaxın isə tank əleyhinə mina aşkar edilib".
Bunu ANAMA-nın əməliyyat meneceri Habil Babayev deyib.
Onun sözlərinə görə, ərazidə təmizlənmə işləri üç üsulla (əllə, minaaxtaran itlərin köməyi ilə, mexaniki şəkildə) həyata keçirilməklə 150 metr enində aparılıb: "Bildiyimiz kimi, ərazidə intensiv döyüşlər gedib. Buraya raket və bombalar atıldığı üçün ərazi həddən artıq çirklidir. Ona görə də burada təmizləmə əllə və mexaniki şəkildə həyata keçirilir".
H. Babayev qeyd edib ki, ərazidə intensiv döyüşlər getdiyi üçün həm minalar, həm atılan raketlər çoxluq təşkil edir.