• 25 Aprel 2024
logo
Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk ediblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəlmişdi.
Səfər çərçivəsində gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunub, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlıq müzakirə edilib.