• 28 Mart 2024
logo
Prokurorluq: 100 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqa qaytarılıb

Prokurorluq: 100 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqa qaytarılıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar ictimailəşdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, bu günün rəqəmi 100-dür.
Belə ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində Respublikanın istintaq (təhqiqat) qurumları üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 100 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb.
Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.