• 25 Aprel 2024
logo
Ağdaşda 430 çətənə kolu məhv edilib

Ağdaşda 430 çətənə kolu məhv edilib

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan yerli bürosuna verilən məlumata görə, tədbir zamanı rayonun Yuxarı Ləki kəndi ərazisində ümumi çəkisi 880 kiloqram olan 430 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.