• 27 Oktyabr 2021
logo
Minaatan bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri davam edir

Minaatan bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri davam edir - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqları icra olunur. Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir. Təlimə cəlb olunan şəxsi heyət hədəfləri sərrast atəşlə məhv edir.