• 20 Oktyabr 2021
logo
FHN Akademiyasının rəhbərliyi Ukraynada səfərdə olub

FHN Akademiyasının rəhbərliyi Ukraynada səfərdə olub - FOTO

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi Akademiyanın nümayəndə heyəti 12-15 sentyabr 2021-ci il tarixlərində Ukrayna Respublikasının Xarkov şəhərində işgüzar səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, səfər çərçivəsində FHN Akademiyasının nümayəndə heyəti Ukrayna Respublikasının Milli Mülki Müdafiə və Xarkov Milli Radioelektronika universitetlərində, Ukrayna Respublikası Milli Texniki Univeristetinin “Xarkov Politexnik İnsitutu”nda bir sıra görüşlər keçirib, ali tədris ocaqlarının fəaliyyəti ilə tanış olub. Görüşlər zamanı elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib, xüsusilə böhran psixologiyası ilə bağlı qarşılıqlı faydalı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
FHN Akademiyasının rəisi general-mayor Baba Salayev Ukrayna Respublikasının Milli Mülki Müdafiə Universitetinin rektoru general-leytenat Vladimir Sadkovoy tərəfindən əməkdaşlıq çərçivəsində Universitetin 90 illik yubiley medalı ilə təltif edilib.