• 28 Mart 2024
logo
Rusiyalı dənizçilər Azərbaycanda səfərdədir

Rusiyalı dənizçilər Azərbaycanda səfərdədir

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Report xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" hərbi gəmisi ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.
Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.