• 23 Aprel 2024
logo
Goranboyda ikimərtəbəli evdə yanğın olub

Goranboyda ikimərtəbəli evdə yanğın olub

Goranboy rayonunun Qaraçinar kəndində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 156 m² olan (hər mərtəbəsi 78 m², 2-ci mərtəbəsinin arakəsmə divarları taxta konstruksiyalardan ibarət) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.