• 13 İyul 2025
logo
Ağstafada silahlı insident, 2 nəfər güllələndi - Cinayət işi başlandı

Ağstafada silahlı insident, 2 nəfər güllələndi - Cinayət işi başlandı

Ağstafa rayonunda silahlı insident baş verib.

Trend-in məlumatına görə, hadisə Köçəsgər kəndində qeydə alınıb.

Kənd sakinləri 1968-ci il təvəllüdlü Məmmədov Qabil Ələsgər oğlu və 1959-cu il təvəllüdlü Əlləcov Yüsif Əsgər oğlu güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci( iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.