• 26 Oktyabr 2021
logo
Bakı sakini döyülərək öldürülüb

Bakı sakini döyülərək öldürülüb

Sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon Prokurorluğundan evrilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, 14.09.2021-ci il tarixdə saat 17 radələrində zərərçəkmişin tanışı 1991-ci təvəllüdlü Həsən Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Hüseyn Hüseynovun bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib, nəticədə H.Hüseynov almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Həsən Çəndirli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.