• 27 Noyabr 2020
logo
Nazir Sumqayıtdakı qoxuyla bağlı: O cəriməni verməkdənsə, müəssisə işini düzgün qursun

Nazir Sumqayıtdakı qoxuyla bağlı: O cəriməni verməkdənsə, müəssisə işini düzgün qursun

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev son günlər Sumqayıtda havadan gələn qoxuyla bağlı əhalinin narazılıqlarına münasibət bildirib.
Trend-in məlumatına görə, M.Babayev məsələdən xəbərdar olduğunu qeyd edib.
O bildirib ki, sərt tədbirlər nazirliyin marağında deyil: “Biz də o siqnalları alırıq və çalışırıq ki, reaksiya verək. Bu iki metaləritmə müəssisəsidir. Biz onları cərimə etmişik. Orada Sumqayıt poliqonu havanı çirkləndirən əsas məsələdir. Həmin poliqonun müasir obyektə çevrilməsi üçün potensial var. Bəzi hallarda pərakəndəlik bu məsələlərə gətirib çıxara bilər. O cəriməni verməkdənsə, müəssisə işini düzgün qursun, tullantıları havaya atmasın. Burada cərimə sanksiyaları və maarifləndirmə prosesi bir yerdə getməlidir".