• 16 İyul 2025
logo
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Ankarada Heydər Əliyev Parkını ziyarət edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Ankarada Heydər Əliyev Parkını ziyarət edib - FOTO

Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev sentyabrın 12-də Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
General-leytenant Kərim Vəliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.