• 20 Aprel 2024
logo
Bakıda evdən 30 min manatlıq qızıl əşyalar oğurlayan şəxslər saxlanılıblar

Bakıda evdən 30 min manatlıq qızıl əşyalar oğurlayan şəxslər saxlanılıblar

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Yeni Yasamal-1 yaşayış sahəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq araşdırmalar aparılıb. Ev sahibi 210 manat pulunun və 30.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törədən 2 nəfər qısa müddətdə müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Nahid Soltanov və Bakı şəhər sakini Elvin Abbaslı 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.