• 2 Dekabr 2020
logo
Sabiq futbolçunun evi soyuldu

Sabiq futbolçunun evi soyuldu

İtaliya milli komandası və “Yuventus” klubunun sabiq futbolçusu Klaudio Markizionun Turin şəhərindəki evi soyulub.

Trend-in məlumatına görə, tapança və tüfənglərlə silahlanmış 4 maskalı şəxs evə daxil olaraq K.Markizio və onun həyat yoldaşından seyfi açmağı tələb ediblər.

Soyğunçular çoxlu sayda zinət əşyaları və saatlar götürərək hadisə yerindən uzaqlaşıblar. İnsident nəticəsində xəsarət alan olmayıb. Hazırda polis kamera görüntülərini araşdırır.

Xatırladaq ki, K.Markizio bu ayın əvvəlində futbolçu karyerasını bitirdiyini açıqlamışdı.