• 21 İyul 2019
logo
add image
Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib

Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib

Türkiyənin Yalova şəhərində 21 yaşlı azərbaycanlı yol qəzasının qurbanı olub.
Trend-in məlumatına görə, Türkiyəyə bacısıgilə qonaq gedən Hüseyn Zülfioğlu adlı Azərbaycan vətəndaşı velosipedlə Yalova-İzmit şosesində qarşı tərəfə keçmək istəyib. İşıqfora diqqət etməyən gənc qırmızı işıq yanmadan yola çıxıb. Nəticədə 34 ABF 616 nömrəli avtomobil ona çırpılıb, zərblə kənara atılan gənc 56 AY 211 nömrəli digər bir avtomobilin zərbəsinə tuş gəlib.
Azərbaycan vətəndaşı Hüseyn Zülfioğlu hadisə yerində dünyasını dəyişib.
Yerli polisin araşdırmalarından sonra Hüseyn Zülfioğlunun meyiti dəfn olunmaq üçün Azərbaycana göndərilib.
Qeyd edək ki, hadisə ötən axşam Türkiyənin Yalova şəhərinin Altınova qəsəbəsində baş verib.