• 7 Dekabr 2021
logo
Badamdarda dağlıq ərazidə yanğın söndürülüb

Badamdarda dağlıq ərazidə yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, bu gün günorta saatlarında FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidəki ağaclıqda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal yanğınsöndürmə işlərinə cəlb olunub. Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. İlkin hesablamaya əsasən, təqribən, 3 hektara yaxın sahədə quru ot, kol-kos və qismən ağaclar yanıb. Ağaclığın böyük hissəsi, yaxınlıqdakı evlər və kommunikasiya xətləri yanğından mühafizə olunub. *** 13:35 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru otun yanması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Əlavə məlumat veriləcək.