• 28 Noyabr 2021
logo
Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğın məhdudlaşdırılıb

Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğın məhdudlaşdırılıb - ƏMƏLİYYAT ÇƏKİLİŞİ

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb. Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir. Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Müki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.