• 7 Dekabr 2021
logo
DİN: Sabirabadda dini mərasim keçirmək istəyənlərdən 10 nəfəri cərimələnib, 2-si həbs edlib

DİN: Sabirabadda dini mərasim keçirmək istəyənlərdən 10 nəfəri cərimələnib, 2-si həbs edlib

Dünən gecə saat 22:30 radələrində Sabirabad rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər.
DİN-dən bildirilib ki, polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb.
Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.